RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.10.15 01:58

Məşhur tennisçi yenidən olimpiadada iştirak etmək qərarına gəlib

95

İsveçrəli tanınmış tennisçi Roje Federer Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Jurnalist Endi Şoler “Twitter”də 38 yaşlı idmançının sitatını yazıb: “Bir neçə həftə ərzində qarşıdakı mövsüm Uilmbldon və ABŞ Açıq çempionatı (US Open) arasında nə edəcəyimizi komanda ilə müzakirə etdik. Sonda yenidən olimpiadada oynamağa qərar verdim”, – Federer vurğulayıb.

Qeyd edək ki, Roje Federer 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibidir. O, 2012-ci il Londondakı olimpiadada gümüş medal qazanıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı