M.B.Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisad fakültəsi (MDU İF) magistraturaya pullu əsasda...

M.B.Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisad fakültəsi (MDU İF) magistraturaya pullu əsasda sənədlərin qəbulunu elan edir

Magistraturaya qəbul üzrə hər bir proqram və qaydalar barədə ətraflı məlumat http://www.econ.msu.ru/entrance/masters saytında yerləşdirilib.

M.B.Lomonosov adına MDU-nun Bakı filialı və MDU İF güzəştli əsaslarla təhsil üçün müsabiqə elan edir. Müsahibənin nəticələrinə görə 10 nəfər seçiləcək. Magistraturaya imtahanlar zamanı onların yataqxanada yaşamasının haqqı MDU İF tərəfindən ödəniləcək. Magistraturaya qəbul imtahanlarından uğurla keçən 5 ən yaxşı tələbəyə yaşayış və təhsil haqqının ödənilməsi üçün qrant ayrılacaq. Müsahibəni M.B.Lomonosov adına MDU-nun Bakı filialının rektorunun əmri ilə yaradılmış komissiya aparacaq.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini (siyahı aşağıda göstərilib) 2015-ci il iyunun 27-dən iyulun 7-dər bu ünvana təqdim etməlidirlər: AZ 1143, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Universitet küçəsi 1 (həftə arası saat 10.00-dan 17.00-dək və şənbə günü saat 10.00-dan 14.00-dək).

Müsahibə 2015-ci il iyulun 13-də saat 14.00-da başlayacaq.

Sənədlərin siyahısı:

  1. Müsahibənin seçilmiş proqramı göstərilməklə M.B.Lomonosov adına MDU-nun Bakı filialının rektorunun adına ərizə (sərbəst formada);

2.MDU İF magistraturasının seçilmə səbəblərinin göstərildiyi motivasiya məktubu.

3.Ali məktəbi bitirmək haqqında ( bu ilin məzunları üçün qiymət kitabçasından çıxarış) diplomun surəti (qiymət cədvəli ilə);

4.Şəxsiyyət vəsiqəsinin surəti (əsli təqdim olunmalıdır);

Əlaqə telefonu: (+99412) 598-93-19.

E-mail: info@msu.az