Mağaza müdiri vakansiyası

Müəssisə:“United Telecom” şirkətlər qrupu

Vakansiyanın adı: Mağaza müdiri

İşin xüsusiyyətləri:
– Rəhbərlik etdiyi mağazada mobil telefonların satışının təşkilini, biznes proseslərinin, qaydalarının və rəhbərliyin tapşırıq və tələblərinin operativ icrasını təmin etmək;
– Mağazanın nəzərdə tutulmuş vaxtda açılıb bağlanmasını, gündəlik iş prosesləri təşkil etmək və nəzarət etmək;
– Müştərilər mağazaya daxil olanadək mağazanın ümumi səliqəsinin və təmizliyinin təmin edilməsinə, iş yerinin işə hazılıq vəziyyətinə gətirilməsinə nəzarət etmək;
– Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək;
– Problemli məslələlərin vaxtında və müvafiq qaydada həll etmək və bu barədə rəhbərliyə məlumat vermək;
– Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
– Gündəlik olaraq satış, əməliyyat, kassa, anbar üzrə əməliyyatların statistik yoxlamasını aparmaq;
– Rəflərdə şirkət məhsullarının merçendayzinq tələblərinə uyğun olaraq düzülüşünü təmin etmək;
– Şirkətin fəaliyyətinə mane olan halları aşkarlamaq və rəhbərliyə bu barədə məlumat vermək;
– Satış nöqtəsində yeni məhsulların prezentasiyasını keçirmək;
– Mağazada məhsulların, reklam materiallarının düzülüşünü və sərgilənməsini nəzarətdə saxlamaq;
-Satışın artırılması ilə bağlı rəhbərliyə təkliflər verilməsi;
Dialoq.info-nun məlumatına görə, namizədə olan tələblər bunlardır:
– Ali, İqtisadi təhsil (idarəetmə yönündə olmağı arzuolunandır);
– Mobil telefonların satışı sahəsində və rəhbər vəzifədə min. 3 il iş təcrübəsi;
– Azərbaycan Dili (əla), Rus dili (əla), İngilis dili (orta), Kompüter və ofis texnikasından istifadə;
– İdarəetmə qabiliyyəti və işgüzar ünsiyyət etikası;
– Dəqiqlik və məsuliyyət;
– Gərgin iş şəraitində işləmək bacarığı;
– yaş həddi: 22-40;
– cins: fərqi yox;
– satılacaq bütün modellər haqqında dərindən öyrənməli və analiz etməli;
Əmək haqqı: 1000 AZN + satışdan mükafat;
QEYD: satış sahəsində stajı olmayan və rus dili biliyi kifayət qədər olmayan namizədlərin CV-ləri avtomatik olaraq bazadan çıxarılacaq;
Müraciət vasitəsi
e-mail: [email protected]