Magistratura imtahanının 1-ci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Learn Informatics, Elegant Training Center  və  Azərbaycan  Tələbə  Gənclər  Təşkilatları  İttifaqı  magistraturaya qəbul olmaq  istəyən  gənclər üçün  magistratura  imtahanının 1-ci mərhələsi üzrə sınaq imtahanı təşkil edir. İmtahan 1 noyabr 2014-cü tarixində  Azərbaycan Müəllimlər İnstitutunda  keçiriləcəkdir.  Sınaq imtahanında yalnız bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələr iştirak edə bilər.

Sınaq imtahanında iştirak etmək üçün aşağıda qeydiyyatdan keçməyiniz xahiş olunur. Qeydiyyat üçün son tarix: 28.10.2014

Əlavə məlumat almaq üçün  aşagıdakı nömrələrlə əlaqə saxlaya bilərsiz: 012-594-90-09;  050-644-64-35

http://atgti.az/index.php?aze/news/157