Magistraturaya imtahan vermiş gənclər üçün müsahibə təşkil edilib

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) magistraturaya qəbul imtahanının ilk mərhələsindən uğurla keçmiş gənclər üçün müsahibə təşkil olunub.

İnstitutdan  bildirilib ki, müsahibə akademik Əkpər Feyzullayevin sədrlik etdiyi Magistraturaya Müsahibə Komissiyası tərəfindən aparılıb. Müsahibədə iştirak edən 34 nəfərdən 33-ü uğur qazanıb. Onlar institutun magistraturasında olan 8 vakant yer üçün müsabiqədə iştirak edəcəklər.

Hazırda GGİ-də 4 magistr təhsil alır. Bundan əlavə, bir magistr dissertasiya işini uğurla müdafiə edib.

AZƏRTAC