RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

Magistraturaya plan yerlərinin beşdən biri boş qaldı

534

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələrinə dair təhlil açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, mayın 13-də elan olunan müsabiqənin nəticələrinə əsasən, magistraturaya ayrılmış 6289 plan yerinə 5017 bakalavr (onlardan 2002 nəfəri dövlət sifarişi əsasında) qəbul olub və plan yerləri 79.77% dolub.

Magistraturaya qəbul 60 proqram üzrə aparılıb.

Bundan əlavə, 2 bakalavr idman sahəsi üzrə, 1 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.

Boş qalan plan yerlərinə ixtisaslaşma seçimi iyun ayının 22-dən 28-dək aparılacaq.

Xatırladaq ki, ixtisaslaşma seçimində iştirak edən 7179 bakalavrdan 5017 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3286 nəfəri cari ilin, 1731 nəfəri isə əvvəlki illərin məzunudur. Onlardan 2073 nəfərini oğlanlar, 2944 nəfərini isə qızlar təşkil edir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı