Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı bu gün başa çatır

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul olunan bakalavrların qeydiyyatı bu gün sona çatır.

Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, bakalavrlar qeydiyyatdan keçmək üçün tələb edilən sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Onlar boş qalan yerlərin müsabiqəsində də iştirak edə bilməyəcəklər.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here