RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.09.11 15:17

Mahir Əmrəlinin evi qarət olundu

22

Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Əmrəlinin mənzili qarət olunub.

Report-un məlumatına görə, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı