RESPONSIVE LEADERBOARD AD AREA
DÜNYA 2019.08.22 19:56

Makron və Conson “Brexit” məsələsini müzakirə ediblər

111

Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Boris Conson “Brexit” məsələsini müzakirə ediblər.

SİA xarici KİV-ə istinadla xəbər verir ki, müzakirələrdən sonra birgə mətbuat konfransı keçirilib. E.Makron ingilis xalqının “Brexit” qərarına hörmətlə yanaşdığını, lakin təəssüflə qarşıladığını dilə gətirib. O, bir ay müddətində həll yolunun tapılmasının vacibliyini vurğulayıb, eyni zamanda, hər hansı razılaşmanın müzakirə predmeti olmadığına da işarə edib.

Boris Conson isə Böyük Britaniyanın oktyabrın 31-də qarşılıqlı razılaşma əsasında və ya razılaşmasız Avropa İttifaqından ayrılmalı olduğunu deyib. O, eyni zamanda, “Brexit”dən sonra Fransa ilə münasibətləri daha da dərinləşdirmək niyyətində olduqlarını bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı