Maliyyə Nazirliyi “Azərbaycan Beynəlxalq Bankı”nda payını artırıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmlərinin alqı-satqısı üzrə insayder əqdi bağlanılıb.

“Report” xəbər verir ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vasitəçiliyi ilə baş tutmuş əqd Maliyyə Nazirliyinin, Bankın səhmlərini əldə etməsini nəzərdə tutur.

Söhbət hər birinin nominal dəyəri 0,27 manat olan 674 105 421 ədəd səhmdən gedir. Bununla da, nazirliyin ABB-ni nizamnamə kapitalındakı payı 76,73%-dən 91,4%-ə (3 527 681 352 ədəd səhmdən 4 201 786 773 ədəd səhmə) yüksəlib.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 mln. manatdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here