Maliyyə Nazirliyi işçi axtarır – VAKANSİYA

Maliyyə Nazirliyi Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq və regional maliyyə-kredit təşkilatlarında müxtəlif vəzifələrin tutulması üçün müsahibə elan edir.Dialoq.info  nazirliyə istinadən xəbər verir ki, müsahibədə yaşı 27–dən 35-dək Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Namizədlər yerli və ya xarici ölkələrin ali təhsil müəsssisələrində iqtisadi sahədə- maliyyə və kredit, mühasibat uçotu, maliyyə menecmenti, hüquq, audit, statistika ixtisası üzrə diploma (bakalavr və ya magistr) malik olmalı, mütləq qaydada ingilis dilini, eləcə də əlavə digər bir xarici dili (şifahi və yazılı) sərbəst bilməli, ixtisas sahəsi üzrə minimum 5 illik iş stajına malik olmalıdır.

Müsahibədə iştirak etmək üçün tələb olunan sənədlər:

– tərcümeyi-hal;

– ali təhsil haqqında diplomun (bakalavr və ya magistr) notarial qaydada təsdiq olunmuş surəti (xarici ölkələrin ali məktəblərində təhsil almış şəxslər üçün həmin diplomun Azərbaycan Respublikasının Təhsil Nazirliyində nostrifikasiya (tanınması) olunması barədə arayış;

– 2 ədəd rəngli fotoşəkil (3 x 4sm ölçüdə).

Sənədlər noyabrın 25-dək Maliyyə Nazirliyinin aparatının Kadrlar şöbəsinə təqdim olunmalıdır.

Ünvan Bakı şəhəri, Səməd Vurğun küçəsi, 135

(012) 404 46 37

(012) 404 46 99 (daxili- 116)

e-mail: [email protected]