Maliyyə Nazirliyində Respublika Günü münasibətilə tədbir keçirilib

Mayın 25-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib. Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin parlaq səhifələrindən biri kimi əbədi yer tutduğu bildirilib.

Çıxış edənlər qeyd ediblər ki, müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi, həyata keçirilən mühüm islahatlar və uğurlu xarici siyasət nəticəsində Azərbaycan Respublikası mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi.

Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir, siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir, Azərbaycanın dövlətçilik əsasları daha da möhkəmlənir, müstəqilliyimizin əbədiliyi, dövlətimizin hərtərəfli yüksəlişi təmin edilir.

Tədbirdə çıxış edən tarixçi Fərhad Cabbarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, 23 aylıq fəaliyyəti dövründə qazanılan nailiyyətlərdən, həyata keçirilmiş islahatlardan və quruculuq işlərindən bəhs edib.

Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filminin nümayişi ilə başa çatıb.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here