Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

“Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105004698 ISIN kodlu, tədavül müddəti 728 gün olan 30 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, AZ0105004698 ISIN kodlu dövlət istiqrazları üçün investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 106.6 milyon manat olub.

Maliyyə Nazirliyi tərəfindən 30 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.0159 manat (gəlirlilik 8.0000 faiz) səviyyəsində müəyyənləşdirilib. İstiqrazlar 2020-ci il martın 10-da ödəniləcək.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here