Maliyyə Nazirliyinin ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Martın 13-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildiriblər ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 30 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 8 faiz, ödəmə tarixi 2020-ci il martın 10-dur. “PAŞA Kapital” QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizindən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here