Manchester Universitetinin təqdimatı

Manchester Universiteti mükəmməl tədris, tədqiqat və innovasiyalar üzrə dünyanın nüfuzlu universitetlərindən biridir. Universitet Azərbaycandan olan tələbələr üçün Birləşmiş Krallığın ən populyar universitetləri arasında liderdir. Dialoq.info xəbər verir ki, Manchester Universiteti ‘2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramında’ yer alıb və dövlət təqaüdü hesabına bu universitetdə təhsil almaq mümkündür. Hazırda burada 100-dan çox azərbaycanlı tələbə təhsil alır.

Manchesterdə fikilər, planlar reallığa çevrilir. Universitet sizə müasir kompüterin icadı, atomun parçalanması, müasir iqtisadiyyatın qurulması və dünyaya qrafinin bəxş edilməsi kimi zəngin tarixi ilə inanılmaz təcrübə qazandırır. Maraq üçün bildirək ki, qrafin iki ölçülü ‘möcüzə materialıdır’ və bir atomu dəmirdən 200 dəfə güclüdür.

• Manchester dünya reytinqində 41-ci yerdədir və bu Birləşmiş Krallıq universitetləri arasında 5-ci göstəricidir;

• Manchester sizə mükəmməl iş perspektivləri təqdim edir. Burada əldə edilmiş dərəcə bütün dünyada tanınır;

• Universitet Biznes, Menecment, İqtisadiyyat, Kompüter elmləri və mühəndisliyin bütün sahələri də daxil olmaqla demək olar ki bütün istiqamətlər üzrə çoxsaylı kurslar təklif edir;

• Universitet Birləşmiş Krallığın ən böyük və yaxşı universitet kitabxanasına sahibdir ki, burada geniş şəkildə İT infrastrukturu ilə qurulub və 4000 yaxın kompüter tələbələrin ixtiyarındadır;

• Manchester-də dünyanın 180-dən çox ölkəsindən 40,000 tələbə təhsil alır və onun kampusu təhsil üçün əla yerdir. Hər semestr bütün yeni beynəlxalq tələbələrin xoş və isti qarşılanması üçün söhbətlər və sosial tədbirdlərdən ibarət xüsusi ‘Uyğunlaşma proqramı’ təqdim edilir;

• Universitet Birləşmiş Krallıqdakı digər universitetlərə nisbətən daha çox yaşayış seçimləri təqdim edir və bütün beynəlxalq tələbələrə yaşayış üçün təminat verilir.

Biz sizin bizim universistetdə təhsil almağınızdan məmnun olardıq və bu istiqamətdə ilk addım olaraq sizə 23 oktyabr 2014-cü il tarixində saat 18:30-da Fairmont otelində keçiriləcək təqdimata dəvət edirik. Təqdimat zamanı Manchester Universitetinin beynəlxalq əlaqələr üzrə nümayəndəsiYoanna Yakobs sizə Manchester-də təhsil haqqında daha geniş məlumat verəcək və sizin suallarınızı cavablandıracaq.

Tarix: 23 oktyabr 2014, Cümə axşamı

Vaxt: 18:30-19:45

Məkan: Flame Towers, Mehdi Hüseyn küçəsi 1A, Bakı, Azerbaijan AZ1006

Qeydiyyat üçün:

[email protected] e-mail ünvanına öz adını və əlaqə vasitələrini göndərmək lazım olacaq.