“Marketinqdə gizli taktikalar” mövzusunda təlim keçiriləcək (ödənişsiz)

ATGTİ “Biznes” işçi qrupu tərəfindən sizlər üçün 15 noyabr 14:00 tarixində “Marketinqdə gizli taktikalar” mövzusunda təlim keçiriləcək
Təlimdə siz:
– marketinqdə vacib taktiki gedişlər;
– marketinqdə uğur qazanmağın əsas göstəriciləri;
– Müasir dövrdə marketinq fəaliyyətində nəzərə alınmalı olan vacib elementlər
və s. mövzular haqqında məlumatlar əldə edecəksiniz
Təlimçi:
Ramil Cabbarov – marketinq üzrə mütəxəssis, biznes təlimçi
8 ildir marketing sahəsində fəaliyyət göstərir. 2010-cu ildən etibarən peşəkar təlimçiliklə məşğuldur. Bolqarıstan, Gürcüstan və Türkiyədə marketinq və reklam sahələri üzrə çalışıb. Azərbaycanda bir sıra şirkət və dövlət qurumlarına koorporativ təlimlər, həmçinin konsultasiyalar verib. “American Marketing Assocation”, “USA Direct Marketing Association” və “USA Business Marketing Association” üzvüdür. Bir çox beynəlxalq marketing tədbir və toplantılarında iştirak edib. Türkiyənin Boğaziçi Univeristeti və Sabancı Universitetində ixtisas artırma kursunu fərqlənmə ilə bitirmişdir. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.

Təlimin keçiriləcəyi yer: ATGTİ-nin ofisi / 28 May küç. 9/13