Marsa səyahətin qiymətləri açıqlandı – Hər kəs gedə biləcək

“Tesla” və “Space X” şirkətinin qurucusu İlon Mask Marsa səyahət biletinin qiymətini açıqlayıb.

Publika.az xəbər verir ki, şirkət rəhbəri gediş biletinin 500 min dollar olduğunu deyib.

Bu barədə tvitter hesabında yazan Mask bildirib ki, biletlər 100 min dollardan ucuz da ola bilər: “Yerdəki insanlar evlərini satıb rahat şəkildə Marsa səyahət edə biləcəklər”

Marsdan qayıdış bileti isə pulsuz olacaq. Qeyd edək ki, “Space X” şirkəti Marsa ilk səyahət uçuşunu 2024-cü ildə keçirməyi planlaşdırır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here