Marsda güclü partlayışın izləri aşkarlanıb

NASA-nın Mars Reconnaissance Orbiter (MRO) orbital kəşfiyyatçısı Marsın səthində yaxın vaxtlarda peyda olmuş kraterin fotosunu çəkib.

AZƏRTAC xəbər verir ki, Spase portalının məlumatına görə, fotoşəkillərin analizi ilə məşğul olan Arizona universitetinin əməkdaşları kraterin planetin diametri metr yarım olan göy cismi ilə toqquşması nəticəsində yarandığını qeyd edirlər. Partlayış planetin səthini dəlib və diametri 15-16 metr olan çuxur açıb.

MRO planeti tam əhatə etmədiyi üçün alimlər hələlik partlayışın dəqiq tarixini müəyyənləşdirə bilməyiblər. Tədqiqatçıların fikrincə, krater Marsda 2016-cı ilin sentyabr və 2019-cu ilin fevral ayları arasında peyda olub. Mütəxəssislər bildirirlər ki, MRO layihəsi çərçivəsində aparılan 13 illik müşahidələr zamanı planetdə buna bənzər heç nə qeydə alınmayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here