Marsda ilk uşaq

“Mars One” layihəsi çərçivəsində 2025-ci ildə Marsa 24 nəfər göndəriləcək. Artıq Marsa gedəcək 100 namizəd müəyyənləşib.

Onların arasında ingiltərəli tələbə Maqqi Lyu da var. O, Marsda ilk uşaq dünyaya gətirmək niyyətindədir. Tələbə yalnız radiasiya və çəkisizlikdən narahatdır.

Məlumata görə, 2024-cü ildə Marsa ilkin olaraq iki qadın və iki kişi yola salınacaq. Layihə ianələr və televiziya şouları vasitəsilə maliyyələşdirilir.

Marsa çatan ilk insanlar yaşayacaqları koloniyanı öz imkanları ilə inşa etməli olacaqlar.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here