Masallıda şəhid Aqil Məlikovun xatirəsi anılıb

Masallı rayonun Böyük Xocavar kəndində Qarabağ müharibəsində şəhid olmuş Aqil Məlikovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən şəhid Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov Aqil Məlikovun Vətən uğrunda şücaətlərindən danışaraq, onun qısa ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qeyd edilib ki, Böyük Xocavar kəndi mənfur düşmənlə döyüşlərdə beş şəhid verib.

Rayon təhsil şöbəsinin nümayəndəsi Əyyar Burhanov, Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Hörmət Balakişiyev, kənd ağsaqqalı, məktəbin valideyn komitəsinin sədri Hacı Dövlət Bayramov, “Yeni həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev və başqaları şəhid Aqil Məlikovun döyüş yolundan danışıblar.

Sonra məktəblilərin ifasında şəhidin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Anım tədbiri şəhidin uyuduğu kənd qəbiristanlığında davam edib. Burada Aqil Məlikovun məzarı üstə gül-çiçək dəstələri qoyulub, ruhuna dualar oxunub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here