Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 11 ili tamam olur

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 11 ili tamam olur. Bu illər ölkəmizin digər sferalarında olduğu kimi, mədəniyyət və turizm sahəsində də dinamik inkişafla müşayiət olunub, yaddaqalan uğurlar əldə edilib. Təsadüfi deyil ki, bu illər ərzində sahənin inkişafı naminə Prezident İlham Əliyev tərəfindən 600-dən çox fərman və sərəncam imzalanıb. Bu fərman və sərəncamlar nazirliyin fəaliyyət istiqamətini şərtləndirən, müəyyənləşdirən əsas amil olmaqla yanaşı, mədəniyyət və turizm siyasətinin hüquqi-qanunvericilik bazasını yeni sənədlərlə zənginləşdirib, yüzlərlə lazımi işlərin həyata keçirilməsinə şərait yaradıb.

Ötən 11 ildə ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində mədəniyyət və turizm sahələrinin ahəngdar inkişafı, eyni zamanda bu sahədə çalışan on minlərlə insanın, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin kollektivinin əməyinin göstəricisidir. Bu illərdə ölkə başçısının müvafiq göstəriş və tapşırıqlarının yerinə yetirilməsi, ölkəmizin zəngin mədəni irsinin, turizm imkanlarının daha da zənginləşdirilməsi və dünyada tanıdılması istiqamətində görülən işlər, əldə olunan nəticələr gələcəyə daha nikbin baxmağa əsas verir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here