Media rəhbərləri “Məktəblinin dostu” seçilmiş şəxslərlə görüşüblər

Bakıdakı 95 nömrəli orta məktəbdə “Məktəblinin dostu” seçilmiş şəxslərin fəaliyyəti ilə bağlı görüş keçirilib.
Media rəhbərlərinin iştirak etdiyi görüşdə “Məktəblinin dostu”nun gündəlik iş fəaliyyəti izlənilib.
Görüş iştirakçılarına məlumat verilib ki, Təhsil Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin dostu” pilot layihəsi üzrə seçilmiş şəxslər ötən ilin dekabr ayından fəaliyyət göstərirlər. Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edən layihə üzrə 112 nəfər əməkdaş çalışır.
“Məktəblinin dostu” seçilmiş şəxslərin əsas vəzifəsi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi yardım göstərməkdir. Bununla yanaşı, əməkdaşlar hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

APA