“Media hüququ” sahəsində seminar (Ödənişsiz)

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan Birliyi – ELSA Azerbaijan “Media hüququ” sahəsində seminar təşkil edir. Seminar 15 noyabr 2014 – cü il tarixdə saat 11:00 – da Virtual Qarabağ İKT Mərkəzində ( ünvan – Bakı şəh.28 May küçəsi,15) keçiriləcək.
Seminarın əsas məqsədi – son zamanlar aktual olan Media sahəsindəki ictimai münasibətlərin hüquqi tənzimlənməsi haqqında aydın təsəvvür yaratmaq və Jurnalistika və Hüquqşünaslıq kimi aparıcı sahələrin lazımi qaydada əlaqələndirilməsinə yardım etməkdir.
İlk seminar olduğu üçün təlim ödənişsizdir və iştirak etmək arzusunda olanlar CV-lərini [email protected] ünvanına göndərə bilərlər.Xahiş olunur ki, müraciət edərkən mövzu yerinə təlimin adını qeyd edəsiniz. Seçilən şəxslər e-mail vasitəsilə açıqlanacaq. Qeyd edək ki, seminarda iştirak edən hər kəs SERTİFİKATLA təmin olunacaq.
Seminar XALİD AĞALİYEV tərəfindən keçiriləcək. Xalid Ağaliyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. ABŞ-ın İnternyus Təşkilatının “Media hüququ kursu”nu, Avropa Şurasının “Avropa Məhkəməsində İnsan Haqlarının Müdafiəsi”, Fridrix Nouman Fondunun ” Korrupsiya ilə mübarizənin strateji planlaması”, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Jurnalistlərin hüquqi maarifləndirilməsi”, Amerika Hüquqşünaslar Assosiasiyasının vəkillik kurslarını bitirib. ABŞ – da “Alternativ Media” və “Medianın böhtandan müdafiəsi” kursları keçib. www.mediarights.az saytının qurucusudur. Müxtəlif vaxtlarda peşəkar jurnalistika ilə məşğul olub. “Gün işığı bələdçisi” və “Media etikası” kitablarının həmmüəllifidir.
Seminarda sözügedən hər iki sahənin nümayəndəsinin olması daha effektiv hesab edildiyindən “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva da iştirak edəcək.