Media nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblər

Media nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblər

Yanvarın 13-də Azərbaycan Texniki Universitetində (AzTU) təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə əsasən payız semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələri, ekspertlər və valideynlər auditoriyalarda imtahanların gedişini izləyib, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.

AZƏRTAC