MEK-ə AMEA prezidenti, akademik Akif Əlizadənin mühazirəsi daxil olub

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Sankt-Peterburqda (Rusiya) işıq üzü görmüş “Universitetin seçilmişmühazirələri” seriyasından nəşr daxil olub. Nəşrdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, Geologiya-mineralogiya elmləri doktoru, akademik Akif Ağamehdi oğlu Əlizadənin 2018-ci ilin noyabrın 28-də Sankt-Peterburq  Həmkarlar İttifaqları Humanitar Universitetində oxuduğu mühazirələr əks olunub. Mühazirə Azərbaycan Elmlər Akademiyasının yaradılması, formalaşması və inkişaf tarixi ilə bağlıdır. Elmi məktəblər və tədqiqat istiqamətləri haqqında məruzə edən akademik Akif Əlizadə Azərbaycan Elmlər Akademiyasının elmi potensialını və inkişaf strategiyasını xarakterizə edir. Mühazirədə, həmçinin elmi kadrların hazırlanması infrastrukturun inkişafı, ali təhsil müəssisləri ilə qarşılıqlı əlaqələrin yeni formaları və s. məsələlər əhatə olunub. Tədris prosesində elmi biliklərin rolu xüsusi vurğulanır. Nəşr magistrantlar, ali təhsil müəllimləri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here