MEK-ə “Müasir dünya və Azərbaycan reallıqları, fəlsəfi təhlil” adlı yeni monoqrafiya daxil olub

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK)  “Müasir dünya və Azərbaycan reallıqları, fəlsəfi təhlil” adlı  yeni monoqrafiya daxil olub. Dörd fəsildən ibarət olan elmi əsərin müəllifi AMEA Fəlsəfə İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi problemləri“ şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Afaq Rüstəmovadır.
Monoqrafiyada müasir dövrün bir sıra aktual problemləri fəlsəfi, sosial-siyasi kontekslərdən təhlil edilir, o cümlədən, modernləşmənin inkişaf mərhələləri, problemlə bağlı nəzəri-metodoloji yanaşmalar, sosial-siyasi inkişafın əsas konsepsiyaları, Azərbaycanda modernləşmənin sosial inkişafa təsiri, inkişafın Azərbaycan modeli nəzərdən keçirilir, daha sonra modernləşmə prosesləri konteksində milli şüur və milli mentalitet problemi həll edilir. Kitabda XXI əsrin qlobal və təhlükəli hadisələrindən olan terrorizm problemi diqqət mərkəzinə çəkilir, terrorizm, beynəlxalq terorizm, din və terrorizm və s. məsələlər araşdırılır. Həmçinin dini tolerantlıq, humanizmə dair ideya və mülahizələr tarixilik və müasirlik baxımından araşdırılır.
Müəllifdən: “Düzgün ideologiya təməlində qurulan bir inkişaf sözsüz ki, öz bəhrələrini verir və biz bu gün bunun şahidi oluruq. Azərbaycançılıq məğzində müstəqillik qayəsini özündə ehtiva edən və xalqın ruhu, mentalileti, onun adət- ənənəsi, tarixi keçmişi üzərində formalaşmış bir ideologiyadır. Ona görə də kənardan gətirilən, süni sürətdə yeridilən ideologiya olmadığına görə də çox gözəl işləyir. Məhz bu konteksdəndir ki, mentalitet mövzusu olduqca aktualdır. Bunu aktuallaşdıran bir çox səbəblər var. Dünyada bu saat unifikasiya proseslərindən daha çox parçalanma prosesləri gedir. Hər bir şəxs, hər bir vətəndaş, hər bir ölkə özünü güvəncli hiss elədiyi bir yer axtarır ki, bu da onun mentalitetidir. Əsərdə modernləşdirmə istiqamətində bir sıra təhlillər aparılıb, sosial-siyasi konsepsiyalar nəzərdən keçirilib. Gəldiyim qənaət bundan ibarətdir ki, modernləşdirmə prosesləri bəzi yerlərdə çox uğurla öz təzahürünü tapıb, bəzi yerlərdə iflasa uğrayıb, nəticəsi olmayıb. Avropa ölkələrində çox yaxşı nəticələr əldə edilib, bir sıra ölkələrdə məsələn, Afrika ölkələrində isə alınmayıb. Modernləşmənin əsas qayəsi olndan ibarətdir ki, o xalqın mentaliletinə uyğun  şəkildə qurulub həyata keçirilsin. Müxtəlif təriflər verilsə də, düşünürəm ki, mentalitet hər  bir xaqlın düşüncə səviyyəsi, inkişaf tərzi və onun psixologiyasıdır. Bunlar mürəkkəb struktur daşıyan amillərdir və doğrudan da hər hansı bir xalqın inkişafında bu amillərin hərtəfərli şəkildə nəzərə alınması gerçək nailiyyətlərin əldə edilməsinə səbəb ola bilər. Kitabda terrorizm haqqında yazılıb, hamımız terror əsrində yaşayırıq. Bu gün terrorizm dünya miqyasında əsasən aparıcı dövlətlər tərəfindən təşkil olunan, maliyyələşdirilən bir hərəkatdır. Başa düşülməlidir ki, bəşəriyyəti yalnız, hümanizm, insanlıq xilas edə bilər, fəlakətlərdən xilas yolu ola bilər. 2016-cı ili Azərbaycan prezidenti ölkədə multikulturalizm ili adlandırdı. Düşünürəm ki, multikulturalizm XXI əsrin hümanizmidir. Multikultrualizmin aparıcı anlayışı tolerantlıqdır. Tolerantlıq qarşıda olanı olduğu kimi qəbul etməkdir. Qarşıda olanı dərindən tanıyıb,  onun tarixini, mədəniyyətini, ümumiyytələ varlığını  dərk edərəkdən anlaşılan  tolerant münasibət qurularsa qarşlıqlı əlaqələrdə uğurlu  nəticə əldə oluna bilər”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here