MEK 550 dissertasiya və 15281 avtroreferatı e-kataloqa daxil edib

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qaydalarına əsasən, müdafiə öncəsi prosedurlara dissertasiyanın, avtoreferatın çap və elektron versiyalarının AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim olunması daxildir.

MEK-in Dissertasiyalar fondunda 6446 dissertasiya, Avtoreferatlar fondunda 19747 avtoreferat  mühafizə olunaraq, oxucuların, tədqiqatçıların istifadəsinə verilir. Dissertasiyalardan 550-si, avtoreferatlardan isə 15281-i MEK-in müəllifi olduğu e-kataloqa (Vahid İdarəetmə Sistemi) daxil edilib və rahat axtarış üçün oxucuların ixtiyarına verilib. Sənədlərin elektron emal prosesi davam edir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here