MEK Azərbaycan İlahiyyat İnstitutu ilə “Açıq kitabxana” layihəsini həyata keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) kitab əldə etmək imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan edilməsi, mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsini davam etdirir. Layihə çərçivəsində “Naxçıvan ensiklopediyası”, “Qobustan – minilliklərin kitabı”, “Qədim qalanın yuxuları”, “Təbrizin sehirli nağılları”, “Türk xalqarı ədəbiyyatı”, bununla yanaşı S.Vurğunun, S.Ə.Şirvaninin, M.Müşfiqin seçilmiş əsərləri və s. kitablar MEK tərəfindən Azərbaycan İlahiyyat İnstitutuna verilib.
Məlumat üçün bildirək ki, Mərkəzi Elmi Kitabxana layihə çərçivəsində AMEA-nın müəssisələrinə, Təhsil Nazirliyinin Cocuq Mərcanlı kənd orta məktəbi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi də daxil olmaqla təhsil müəssisələrinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, Beynəlxalq Biznes məktəbinə, Respublika Elmi Pedaqoji Kitabxanasına, Dövlət Təhlükəsizlik Xidmətinə, Pirallahı rayon İcra Hakimiyyətinə, Azərbaycanın Özbəkistan Respublikasındakı səfirliyinin Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə, Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə diaspor təşkilatlarına əhalinin mütaliə imkanlarının genişləndirilməsi məqsədi ilə kitablar təqdim edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here