MEK-də “Klassik homeopatiyaya giriş” mövzusunda seminar keçirildi

AMEA Mərkəzi Elmi Kitabxanasında “Klassik homeopatiyaya giriş” mövzusunda seminar keçirildi. Seminar Yunanıstanın Beynəlxalq Homeopatiya Akademiyasının (International Academy of Homeopathy) məzunu İlyas Axundzadə tərəfindən aparılıb. Məruzəçi iştirakçıları “klassik homeopati” adlanan alternativ tibb üsulu ilə tanış edib. 18-ci əsrdə Almaniyada yaranan bu sistem hazırda Hindistan, Yunanıstan, İngiltərə, İsveç və Amerikada yayılıb. Seminar iştirakçıları homeopatiya haqqında ətraflı məlumatlandırıldıqdan sonra İ.Axundzadəyə suallar ünvanlayıblar. Məruzəçi sualları ətraflı şəkildə cavablandırıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here