Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedoqoji işçilər də imtahan verəcək

Bakı şəhərində yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Qiymətləndirmənin həyata keçirilməsində məqsəd məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etmək, əldə olunacaq təcrübədən bu sahədə kadrların yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqi zamanı yararlanmaqdır.

Qiymətləndirmə test və müsahibə olmaqla iki mərhələ üzrə keçiriləcək.

Birinci mərhələdə məktəbdənkənar təhsil müəssisələrində çalışan dərnək rəhbərlərinin və məşqçi-müəllimlərin peşə, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti üzrə bilikləri yoxlanılacaq. İkinci mərhələdə isə onların dil bilikləri, nitq qabiliyyəti və tibbi-psixoloji durumu qiymətləndiriləcək.

Qiymətləndirmə cari ilin noyabr ayında keçiriləcək.

 

qafqaz.info

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here