RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.08.10 16:01

Mənsimovun Rəsulzadə gəmisini istifadəyə verməsi kiçik bir qrupu niyə narahat edib?

399

Yenə də müzakirələr başlayıb. Məqsəd “Palmali” Şirkətlər Qrupunun prezidenti, xeyriyyəçi iş adamı Mübariz Mənsimovun bir neçə gün bundan qabaq Məhəmməd Əmin Rəsulzadə adına gəmini istifadəyə buraxmasının üzərinə kölgə salmaqdır.

Yeri gəlmişkən həmin möhtəşəm tədbirdə iştirak edən, oradan canlı şəkildə yayım həyata keçirən Yeni Kanal internet televiziyasının heyəti olaraq bunun nə qədər gözəl bir fəaliyyət olmasına şahidlik etdik. Bu hadisəyə, Mübariz Mənsimovun xeyriyyəçilik fəaliyyətinə sevinən, onu alqışlayan yüz minlərlə, milyonlarla insan var. Amma bu işin üzərinə kölgə salmaq istəyən azərbaycanlılar də tapılıb və ucuz sensasiya yaratmağa çalışırlar. “İlişmək” üçün tapdıqları yerə baxın. Niyə Mənsimov, gəminin üzərinə “MAMMAD AMIN RESULZADEH” yazıb, niyə “MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ” yazmayıb? Azərbaycan dilinin “qoruyucular”ı peyda olublar və bildilər-bilmədilər açıqlamalar verirlər. Ancaq bir şeyi unudurlar ki, bu gəmi Biləcəri həndəvərində, Bakı buxtasında, Xəzər dənizində deyil, okean sularında üzəcək. Biləcəri düşüncəsi və təfəkkürü bizə imkan vermir ki, dünyanı, materikləri, digər ölkələri, okeanları görək, özümüzü, tariximizi, şəxsiyyətlərimizi onlara tanıdaq. Bu gəmini əyani şəkildə görmək imkanına malik olan azərbaycanlıların və Azərbaycan dilini bilənlərin sayı yüzlərlə ola bilər. Ancaq onu milyonlarla dünya insanı görəcək. O insanlar “MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ” yazısını deyil, “MAMMAD AMIN RESULZADEH”  yazısını başa düşəcəklər. Dünya səviyyəli təbliğat aparmaq üçün “MAMMAD AMIN RESULZADEH” yazmaq lazımdır. Mübariz Mənsimov və bərabərindəki peşəkar heyət də məhz bu məntiqdən çıxış edib. Daş atanların məntiqini isə anlamaq olmur.

Yeri gəlmişkən Palmali şirkəti bir neçə il bundan qabaq “HEYDAR ALIYEV” gəmisini də istifadəyə verib. Biləcəri təfəkkürü ilə düşünən insanların məntiqinə görə gəminin üstünə “HEYDƏR ƏLİYEV” yazılmalıydı?

Tədbirdə professor, dilçi alim, türkoloq Firudin Agasıoglu da iştirak edirdi. Səslənən fikirlərlə bağlı professorun da rəyini öyrəndik:

– Azərbaycan milli-azadlıq hərəkatının liderinin adına olan bir gəminin dünya sularında üzməsi ilə biz fəxr etməliyik. “Orada bir hərf belə yazılmayıb, elə yazılıb” mübahisəsinin heç bir mənası yoxdur. Çünki bu gəmi təkcə Azərbaycanda görünməyəcək. Bu gəmi bütün dünya ölkələrinin limanlarında olacaq. O dillərdə də “ə” hərfi olmadığı üçün “MƏMMƏD ƏMİN”, yaxud “MƏHƏMMƏD ƏMİN” yazmaq doğru deyil. Ona görə beynəlxalq əlifba ilə yazılmalıydı. Bu texniki bir məsələdir. Bunu qabartmaq o görülən böyük işə kölgə salmaq deməkdir. Biz fəxr etməliyik ki, Məmməd Əminin adına belə bir yük gəmisi dünya okeanında üzür. Buna görə də Mübariz Mənsimova böyük təşəkkür düşür. Qarşılığında onun gördüyü işə qara yaxanlar iradlarını ona deyil vikipediyaya bildirməlidirlər. Çünki vikipediyada da məhz bu cür yazılıb. Bir az ürəyi geniş olmaq lazımdır. Milli məsələ ilə siyasi alveri bir-birinə qatmaq olmaz. Mübariz bəy bir neçə qudurmuş məmuru, milyonlarla dollar dəyəri olan saatla gəzənləri tənqid edir. Bu da bəzilərini qıcıqlandırır. Qıcıqlanan adamların yazılarına da fikir vermək lazım deyil.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı