AMEA Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq Məktəb Kitabxanaları gününə həsr olunmuş tədbir keçirildi

27 oktyabr 2016-cı il tarixdə AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Kitabxanada bir gün” adlı Beynəlxalq Məktəb Kitabxanaları gününə həsr edilmiş tədbir keçirildi.

Tədbiri giriş sözu ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova bu günün əhəmiyyətindən bəhs edərək, kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynadığını vurğuladı. L.İmanova Mərkəzi Elmi Kitabxanada oxucuların sayında tələbə gənclərin üstünlük təşkil etdiyini qeyd etdi.

kitabxanada-bir-gun-bilik-fonduBilik Fondunun icraçı direktoru Oktay Səmədov Beynəlxalq Məktəb Kitabxanaları günü münasibətilə kitabxanaçıları təbrik etdi, onlara bu şərəfli yolda uğurlar arzuladı. O.Səmədov Bilik Fondunun kiril qrafikası ilə yazılmış kitabları qocalar evinə paylamasından bəhs edərək bu işin önəmini vurğuladı. Çıxışçı, eyni zamanda qatarlarda sərnişinlər üçün mini kitabxanaların, mehmanxanalarda, səfirliklərdə, uşaq əyləncə mərkəzlərində kitabxanaların yaradılmasının vacib olduğunu qeyd etdi. O.Səmədov tələbələri kitabxanalara cəlb etmək üçün dünya təcürbəsindən nümunələr sadaladı.

kitabxanada-bir-gun-bilik-fondu-1MEK-in Kitabxana-Xidmət şöbəsinin Fondların mühafizəsi bölməsinin əməkdaşı, əməkdar mədəniyyət işçisi Adilə Məmmədova kitabxananın Nadir kitab fondunda mühafizə olunan “Miniatür kitab kolleksiyasını” təqdim etdi. AMEA Mərkəzi Elmi Kitabxanasının Nadir fondunda 640 nüsxə miniatür kitab mühafizə olunur. Bu kitablar əsasən Moskva Mərkəzi Kitab kollektorundan və  kitab mübadiləsi yolu ilə əldə edilib. Kitablardan bir neçəsi haqqında təqdimatda məlumat verildi.

Bilik Fondunun əməkdaşı Ramilə Qurbanlı fondun tələbələrlə birlikdə hazırladığı “Azərbaycan nağılları” kitabını təqdim edərək, buradakı nağılların ingilis dilində çap edildiyini vurğuladı.

Daha sonra, MEK-in Kitabxana-Xidmət şöbəsinin Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva tərəfindən sentyabr-oktyabr ayları ərzində kitabxanaya daxil olan sənədlər (kitablar, dissertasiyalar, jurnallar və s.) haqqında tədbir iştirakçıları ətraflı məlumatlandırdı.

kitabxanada-bir-gun-bilik-fondu-2Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Xəlil İsmayılov azərbaycanlı ziyalılar haqqında olan miniatür kitabların sayının artırılmasını təklif etdi.

Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşı Əliyusif Məmmədov belə tədbirlərin  kitabxanaların inkişafına mühüm  töhfə verəcəyini bildirdi. O, çıxışında  miniatür kitabları biblioqrafik fenomen və incəsənət nümunəsi adlandırdı. Çıxışçı məktəb kitabxanalarına diqqətin artırılmasını və xarici təcrübədən yararlanmağı tövsiyə etdi.

Çıxışlardan və müzakirələrdən sonra Mərkəzi Elmi Kitabxanaın bir qrup əməkdaşı, o cümlədən direktoru Leyla İmanova Bilik Fondu tərəfindən Beynəlxalq Məktəb Kitabxanaları günü münasibətilə təşəkkürnamə ilə mükafatlandırıldılar.

kitabxanada-bir-gun-bilik-fondu-8

 

dialoq.info

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here