“Meşələri qoruyaq” devizi altında gənc meşəçilərin IV Respublika müsabiqəsi keçirilir

Meşələrin qorunması və davamlı istifadəsi sahəsində məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Meşələri qoruyaq” devizi altında gənc meşəçilərin IV Respublika müsabiqəsini keçirir.

Müsabiqənin məqsədi:

Müsabiqənin əsas məqsədi ekoloji cəhətdən davamlı inkişaf ideyalarını təbliğ etmək, meşələrin qorunması və bərpa olunması, meşə ehtiyatlarının davamlı istifadəsi sahəsində məktəblilərdə xüsusi bilik, bacarıq və səriştənin, ətraf mühitə şüurlu və məsuliyyətli münasibətin, ekoloji mədəniyyətin formalaşdırılmasından ibarətdir.

Müsabiqənin əsas vəzifələri:

  • Meşələrin biosferdə qlobal əhəmiyyəti barədə məktəblilərin ekoloji biliklərini artırmaq;
  • Ölkənin meşə ehtiyatlarının mühafizəsində, bərpa edilməsində və artırılmasında gənc nəslin fəal iştirakına nail olmaq;

  • “Gənc meşəçilər” dəstələrinin fəaliyyətini və ekoloji təbliğatı genişləndirmək;

  • Meşə ehtiyatlarının öyrənilməsi məqsədilə məktəblilərdə ekoloji tədqiqatlara maraq oyatmaq, meşənin bioloji müxtəlifliyinə antropogen təsirin qiymətləndirilməsi məqsədilə məktəb ekoloji monitorinqini təşkil etmək;

  • Meşə ehtiyatlarının davamlı istifadəsi barədə biliklərin məktəblilər tərəfindən əhali arasında təbliğ edilməsinə nail olmaq;

  • Xüsusi bilik, bacarıq və səriştəyə malik olan şagirdlərin meşəçilik sahəsində ixtisas seçimini və peşəyönümünü istiqamətləndirmək.

Müsabiqənin keçirilməsi qaydaları

Respublika müsabiqəsi 2 mərhələdə keçirilir:

  1. Rayon (şəhər) mərhələsi –2015-ci ilin aprel ayında;
  • Respublika mərhələsi –2015-ci ilin may ayında keçiriləcəkdir.

  • Müsabiqədə orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri, “gənc meşəçilər” dəstələrinin üzvləri iştirak edə bilər. Hər bir iştirakçı müsabiqəyə meşələrin qorunması və bərpasına həsr olunmuş 1 ekoloji layihə təqdim edə bilər. Layihələrdə aşağıdakı istiqamətlərdə aparılan ekoloji tədqiqatların nəticələri əks etdirilir:

    1. Məktəb meşəçiliyi – ərazinin meşə tipləri, meşənin inkişaf qanunauyğunluqları, təbiət abidələri, ETSN Meşə Bərpası və Mühafizəsi Müəssisələrinin əməkdaşlarının iştirakı ilə antropogen təsirin öyrənilməsi və qiymətləndirilməsi, meşənin qırılmasının qarşısının alınması, yeni meşə zolaqlarının salınması, meşə ehtiyatlarının davamlı istifadəsi və bərpa olunması üsulları, meşənin ekoloji vəziyyətini əks etdirən tədqiqatların nəticələri, meşə yanğınlarına qarşı profilaktik tədbirlər, “gənc meşəçilər“ dəstələrinin fəaliyyəti;
  • Meşənin faunası – meşə heyvanlarının ekologiyası və həyat tərzi, faunanın bioloji müxtəlifliyi, nadir heyvanların qorunması, meşə ekosistemində canlılar arasında qarşılıqlı əlaqələr, biomüxtəlifliyin tükənməsinin qarşısının alınması üsulları, ekoloji cığırların təşkili;

  • Meşənin florası – meşə bitkilərinin ekologiyası, floranın bioloji müxtəlifliyinin öyrənilməsi, geobotaniki və ekoloji tədqiqatlar, meşə yaruslarında qarşılıqlı əlaqələr, nadir və endemik bitkilərin qorunması, qida və dərman bitkilərinin davamlı istifadəsi, meşə bitkilərinin tədris-təcrübə sahəsində artırılması və tükənmiş meşə sahələrinin bərpası.

  • Müsabiqəyə təqdim olunan layihələrin aktuallığı, elmiliyi, praktik əhəmiyyəti, ekoloji tədqiqatların əsaslandırılması, nəticələrin keyfiyyəti və əyaniliyi qiymətləndirmək üçün əsas meyarlardır.

    • Layihələrin elektron versiyası Times New Roman (AZ) 14 şriftlə, 1,5 intervalda, hər tərəfdən 2 sm məsafə qoyulmaqla A4 formatda foto-şəkillər, cədvəllər, xəritələr, rəsmlər ilə birlikdə 10 səhifəyə qədər olmaqla aşağıdakı elektron ünvana göndərilməlidir: [email protected], [email protected]
  • Ekoloji layihələrdə giriş, tədqiqatın obyekti, üsulları, tədqiqatın təhlili, nəticələr və ədəbiyyat siyahısı göstərilir.

  • Layihədə müəllifin adı, soyadı, atasının adı, rayon (şəhər), məktəb, sinif, ünvan, əlaqə telefonu, rəhbərin adı və soyadı göstərilir.

  • Müsabiqənin rayon mərhələsinin qaliblərinin (I, II, III yerlər) ekoloji layihələrinin elektron versiyası 2015-ci il may ayının 10-na kimi Respublika Təşkilat Komitəsinə göndərilməlidir. (AZ1025 Bakı ş., Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Nobel prospekti 45/57 Nizami adına park, tel: 496-44-24, 496-46-33; e-mail: [email protected], [email protected]).

    Rəğbətləndirmə

    Müsabiqənin Respublika mərhələsinin qalibləri Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin diplomları ilə mükafatlandırılacaqdır.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here