Meşələrin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlər görülür

Meşələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması və kənar müdaxilələrin qarşısının alınması üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb, ağaclar əkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlikdən bildirilib ki, bu cür tədbirlərlə meşələrə müxtəlif müdaxilələrin qarşısı alınacaq və ərazilərin daim nəzarətdə saxlanması mümkün olacaq.

Qeyd edək ki, bu tədbirlər Respublikanın digər meşə ərazilərində də davam etdirilir.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here