RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“MGK Survivor 3” yarışmasına qeydiyyat davam edir

694

Layihə əsasən gənclərin birlikdə hər 2 komandada 8 (səkkiz) nəfər olmaqla çətiniklərlə mübarizə aparması, aclığa dözümlülük göstərməsi ilə fərqlənir.Belə ki,gün ərzində müsabiqədən 1 (bir) nəfər iştirakçı səsvermə nəticələrinə uyğun olaraq uzaqlaşdırılır. Gün ərzində 3 (üç) oyun-yarışma təşkil olunur. Oyunlarda qalib gələn komanda müəyyən ərzaqlarla təmin olunur. Məğlub komanda isə məğlub olduqdan sonra növbəti oyuna qədər qidadan məhrum olur.

Müsabiqəni təşkil etməkdə əsas məqsədimiz öncəliklə bölgə gənclərinin sosial həyatında aktivliyə təkan verməkdir. Həmçinin paytaxt və bölgə gəncləri arasında səmimi dostluq münasibətlərinin qurulmasında bir vasitəçi funksiyası daşımaqdır.

Vaxtlarını daha səmərəli və əyləncəli keçirmələri üçün layihə sırf gənclər üçün nəzərdə tutulmuşdur.

Qeydiyyat: https://docs.google.com/forms/d/1QyppjDug4I1-L3QPp3UoVHIlLUARoY0JabEsnFQJS6I/viewform

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı