Mikayıl Cabbarov faciəvi şəkildə ölən alpinistin qardaşını işdən çıxartdı

Vergilər naziri Mikayıl Cabbarov Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Cəbrayılov Fərid Zəbiyulla oğlunu tutduğu vəzifəsindən azad edib.

Mikayıl Cabbarov bununla bağlı müvafiq əmr imzalayıb. Sözügedən vəzifənin icrasını isə nazir müavini İlkin Vəliyev müvəqqəti icra edir.

Xəbəri Vergilər Nazirliyindən təsdiqləyiblər. İşdən çıxarılan Fərid Cəbrayılov sabiq Vergilər naziri Fazil Məmmədovun yaxın kadrı olub.

Qeyd edək ki, Fərid Cəbrayılov faciəvi şəkildə həyatını itirən alpinist Fəridə Cəbrayılzadənin qardaşıdır.

Unikal.org

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here