Mikayıl Cabbarov səfirlə görüşüb

Vergilər naziri Mikayıl Cabbarov Niderlandın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Onno Kerverslə görüşüb.
Nazirlikdən verilən xəbərə görə, görüşdə iki ölkənin vergi orqanları arasında ikitərəfli əməkdaşlığın mövcud durumu, Vergilər Nazirliyi ilə Niderlandın Vergi və Gömrük Administrasiyası arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüş zamanı Azərbaycanda fəaliyyət göstərən Niderland şirkətlərinin fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here