Millət vəkili Fəttah Heydərov QHT-nin diplomu ilə təltif edilib

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin sədri Qənbər Qurbanov Azərbaycan Ağsaqqallar Şurasının sədri,  millət vəkili Fəttah Heydərovu “İstiqlal” ordeni ilə təltif  edilməsi və  80 illik yübleyi münasibəti ilə təbrik edib.
F. Heydərovun respublikamızın ictimai-siyasi həyatında ardıcıl və məqsədyönlü şəkildə uzunmüddətli şərəfli fəaliyyətinə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlarla bağlı görülən işlərin fəal iştirakçısı olduğuna və xalqımızın dərin köklərə malik ağsaqqallıq institutunun ənənələrinin davam və inkişaf etdirilməsinə göstərdiyi dəyərli fəaliyyətini yüksək dəyərləndirən Q. Qurbanov onu “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin “Vətənə Xidmət Diplomu” Diplomu ilə təltif edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here