Milli Azərbaycan Tarixi Muzeyinə yeni nadir sikkələr hədiyyə edilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq öz kolleksiyalarını zənginləşdirir.

Belə ki, muzeyə Şirvanşahlar dövlətinin şahzadəsi Bürhan Əliyə (v. 1549) məxsus 6 ədəd gümüş təngə hədiyyə edilib. Kolleksiyaçı Ruslan Rəhimovun təqdim etdiyi bu nadir tapıntılar muzeyin Numizmatika fonduna təhvil verilib.

Sikkələr dövrün tədqiqatı baxımından mühüm əhəmiyyətə malikdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here