Milli bayrağımız milli qururumuz kimi

Məlum olduğu kimi hər bir millətin və dövlətin özünə məxsus simvolu və onu xarakterizə edəcək nişanları vardır. Bu simvol və ya nişanların ən vacibi isə bayraqdır. Hər bir dövlətə məxsus bayrağın aliliyi və müqəddəsliyi onun xalqının ona bəslədiyi sevgi və məhəbbətdən irəli gəlirki bütün bunlarda bayraqda öz əksini tapır.

Vətənimizin üç rəngli və ay ulduzlu bayrağı haqqında demək olarki hər bir ölkə vətəndaşı, xaricdəki həmvətənlərimiz və hətta xarici ölkələ nümayəndələrinin böyük bir hissəsi məlumata malikdir.

Bildiyimiz kimi şərqdə ilk demokratik respublika olan Azərbaycan Cumhuriyyəti 1918-ci il may ayının 28-də elan olunduqdan sonra daha dəqiq desək 1918-c ilin iyun ayının 21-də Azərbaycan Nazirlər Şurasının iclasında onun ilk bayrağı o dövürdə onun can qardaşı və müttəfəqi olan Osmanlı dövlətinin bayrağına uyğun təsis edilməsi haqqında qərar qəbul edilmişdir. Yəni qırmızı rəngli parça fonunda ay və səkkiz guşəli ulduz.

Azərbaycan milli fəkurəsinə uyğun olaraq 1918-ci ilin noyabrın 9-da Azərbaycan Nazirlər Şurasının iclasında şura sədri Fətəli xan Xoyski öz hesabatı əsasında milli mütəffəkir Əli bəy Hüseynzadənin ideyasından qaynaqlanaraq üfiqi istiqamətdə mavi, qırmızı, yaşıl zolaqlı və qırmızı zolağın üzərində aypara və səkkiz guşəli ulduzdan ibarət milli dövlət bayrağı qəbul olunmuşdur.

Rənglərin mənasına gəldikdə isə Əli bəy Hüseynzadənin fikirlərinə (türk hissiyatlı, islam etiqadlı və firəng (avropa) qafalı) uyğun olaraq mavi rəng türkçülüyün, qırmızı rəng müasirliyin, yaşıl rəng isə islamın rəmzini özündə ehtiva edir. Yəni XIX-XX əsrin əvvələrində Çar Rusiyasının tabeliyində olan türk xalqlarının yaşadıqları regionlardakı kimi Azərbaycanda da milli özünü dərk prosesi və maarifçilik hərəkatı yüksək templə inkişafının təsiri ilə Ə.Hüseynzadə öz millətinin düşdüyü bu tabeçilik buxovundan qurtulmasının tək çıxış yolunu məhz bayrağımızda təsvir olunan rənglərdə özünü ehtiva edən məna çalarlarının çulğalaşmasında görürdü. Məhz bu ideya Azərbaycan xalqının milli qurtuluşu və inkişafının təminatı olmalı idiki bu reallığa çevrildi. Buda təbii ki, biz azərbaycanlıların milli qürur mənbəyidir. Buna görə düşündük ki məqaləmizin adını elə belə adlandırsaq yaxşı olar: “Milli bayrağımız milli qururumuz kimi”.

Bayrağımızda əks olunan aypara və səkkiz güşəli ulduz haqqında isə təəssüflər olsunki dəqiq bir fikir ortalığa qoyulmamışdır. Tarixçilərimizin fikirləri müxtəlifdir. Hələ milli bayrağımız cumhuriyyət dönəmində belə təsis edilən zaman aypara və səkkizguşəli ulduzun hansı mənaya sahib olması haqqında açıqlama verilməmişdir. Elə buna görədə müasir dövrümüzün tarixçi və tədqiqatçıları özünə uyğun təsdiqi olan fikirləri irəli sürmüşlər. Tarixçilərin ittifaq etdikləri əsas məsələ ayparanın türkçülük rəmzini özündə ehtva etməsini təsdiqləmələridir. Səkkizguşəli ulduza gəldikdə isə burda fikirlər toqquşur.. Bir qisim araşdırmaçı səkkizguşəli ulduzun vətənimizdə yaşayan 8 türk boyu ilə, birqismi aypara kimi ulduzun da türkçülüklə, digərləri isə hələ Azərbaycan Cumhuriyyəti dövründə Fətəli xan Xoyski başda olmaqla bir qrup dövlət xadimlərinin də razılaşdığı kimi ərəbcə daha dəqiq desək əski türkcə Azərbaycan sözünün yazılışında 8 hərfdən ibarət olması ilə ulduzun hər küncünü onun hər bir hərfinin işarəsi kimi təzahür etməsi fikrini irəli sürürlər.

Təbii ki bütün bu və buna bənzər fikirlər bizim tariximiz üçün çox qiymətlidir. Lakin hər bir rəmzin və ya işarənin mütləq ki bir mənaya sahib olması, onunalda regional və dünya müstəvisində ölkəmizin təmsil olunması fikrindən yola çıxsaq aypara və səkkiz guşəli ulduzun dəqiq hansı mənaya sahib olmasına və tədqiqatçı və ən əsası bütün Azərbaycan cəmiyyəti tərəfindən vahid bir məna şəklində qəbul olunması olduqca vacibdir. Bizim fikrimizcə isə sonuncu variant daha çox bizim dövlət rəmzimizin açıqlanmasına uyğundur.

Məlum olduğu kimi Azərbaycan Xalq Demokatik Cumhuriyyəti Sovet Rusiyası tərfindən işğal olunduqdan sonra milli bayrağmızın əvəzinə sovetlərin “fəhlə-kəndli” ideologiyasını və kommunist inqilabını özündə təcəssüm etdirən qırmızı və göy fonda oraq və çəkic alətləri və qırmızı beş guşəli ulduzlu bayraq dövlət rəmzi kimi qəbul olunmşdur.

XX əsrin 80-ci illərinin sonunda məlum olduğu kimi qloballaşan dünyanın tələblərinə cavab verə bilməyən kommunist usulidarəsi çəkməyə başlamış və 90-cı illərin əvvələrində ona tabe olan bir sıra ölkələr öz müstəqilliklərini qazanmışlar. Azərbaycan da öz müstəqillyi asdanasında ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri kimi üçrəngli bayrağımızı dövlət bayrağı kimi təsdiq etmişsir. 1991-ci ilin fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında” qanun qəbul edərək üçrəngli və ay ulduzlu bayrağımızı dövlət bayrağı elan etmişdir. Həmin ilin oktyabr ayının 18-də isə dövlət müstəqilliyi ilə bağlı konstitusiya aktının qəbul ilə Azərbaycan Respublikası 1918-ci il də təsis olunan Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini o cümlədən bayrağını bərpa etmişdir. Məhz elə bu səbəbdən 1918-cil noyabrın 9-da milli dövlət bayrağı qəbul olunduğuna görə 2009-cu ilin noyabr ayında əmək məcəlləsinin 105-ci maddəsinə əlavələr edilərək həmin gün qeyri iş günü olmaqla o ildən etibarən hər il ölkəmizdə milli bayraq günü kimi qeyd olunur.

Beləliklə, gördüyümü kimi milli qürur mənbəyimiz olan bayrağımız əsirlərin illərin süzgəcindən keçərək ilk dəfə Azərbaycan Xalq Cumhuriyyətinin parlament binasından asılmış və müasir günümüzdə də həmin bayraq heç bir dəyişikliyə məruz qalmayaraq bizim vətənimizin dövlət bayrağıdır. Bu təbii ki, şərəfli və olduqca fəxarət hissi ilə dolu bir müqəddəs bir rəmzdir. Gəlin hər biriimiz ata və analarımızın bu günə kimi sahib çıxıb onu gələcək nəsillərə ötürən bayrağımıza dərin hörmətlə yanaşıb onu hər zaman uca tutaq.və inşallah bizim üçrəngli ay ulduzlu bayrağımız işğal altında olan Qarabağımızda dalğalanacaqdır..Əzimkar və qürətli xalqımız üçrəngli bayrağımızla birgə Qarabağımızla birgə səadət dolu gələcəyə uğurla addımlayacaqdır. Yaşa Azərbaycan..Yaşa mənim xalqım..Yaşa mənim bayrağım..!!

Vasif Nəbiyev

BDU-nun dissertantı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here