Milli dəyərlər tədqiq və təbliğ olunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində iyunun 20-də “Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda birinci respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, akademik Nailə Vəlixanlı konfransın əhəmiyyətindən və onun tarix elminin inkişafındakı rolundan danışıb. Akademik konfrans iştirakçılarına elmi işlərində uğurlar arzulayıb.

İki tematik bölmədən ibarət olan konfransda 50-dən artıq məruzə dinlənilib.