Milli Məclis sabah toplaşacaq

Fevralın 13-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 18 məsələ daxildir. Bunlar “Konstitusiya Məhkəməsi haqqında”, “Ələt azad iqtisadi zonası haqqında”, “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir.

Bundan başqa, yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın da illik məruzəsinə baxılacaq.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here