Milli Məclisin komitə üzvləri Uşaq sığınacağında qonaq oldular

Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin qonaqları Azərbaycan Respublikası Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Aqiyə Naxçıvanlı, komitənin sədr müavini, millət vəkili Sahibə Qafarova, komitənin üzvləri, millət vəkili , Sədaqət Vəliyeva, millət vəkili Dilarə Cəbrayılova, komitənin əməkdaşları olub. Maraqlı görüşdə millət vəkillərimiz tərəfindən sığınacaqda yaşayan kimsəsiz uşaqlara şirniyyat süfrəsi və müxtəlif hədiyyələr təqdim edilib. Bu gün aktual olan müxtəlif sosial məsələlərin müzakirəsi və sığınacaq əməkdaşlarının peşə fəaliyyəti barədə aparılan söhbətlər, uşaqlara qarşı zorakılığın qarşısının alınmasında mühüm addımların atılmasının vacibliyindən danışan millət vəkili Aqiyə Naxçıvanlı həmçinin uşaqların əl işlərindən ibarət rəsmlərə, müxtəlif bəzək əşyalarına və toxuduqları qış geyimlərinə baxaraq onların əl işlərini yüksək qiymətləndirib.

Bununla yanaşı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə xanım Ağazadənin qəyyumluğunda olan 29 uşağın hazırki sosial durumu, təhsil və sağlamlıqları ilə bağlı millət vəkilləri ilə müxtəlif söhbətlər aparılıb.

Görüşün sonunda uşaqlar qonaqlara öz əl işlərindən ibarət müxtəlif hədiyyələr verərək xatirə şəkilləri çəkdirib. Görüş zamanı aparılan danışıqlar və göstərilən etimad bir daha onu sübut etdiyi güc birlikdə və həmrəylikdədir!

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here