Milli Qurtuluş gününə həsr olunmuş konsert keçirilib

İyunun 12-də Qubadakı “Yaşıl teatr”da 15 iyun – Milli Qurtuluş günü münasibəti ilə konsert proqramı təşkil olunub.
Bu barədə  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Quba Rayon İcra Hakimiyyəti, “ASAN xidmət” və ASAN Radionun birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Tədbir zamanı iştirakçılara Milli Qurtuluş gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Konsert proqramında sənətçilər səhnədə bir – birindən möhtəşəm mahnılarını ifa ediblər.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here