Milli turizm mövzusuna həsr olunmuş publisistik məqalələr müsabiqəsi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin turizm potensialının təbliği, daxili turizm mədəniyyətinin populyarlaşdırılması, sahənin inkişafına xidmət edə biləcək ekspert rəylərinin toplanması və ölkə ictimaiyyətinin sahəyə diqqətinin artırılması məqsədilə milli turizm mövzusuna həsr olunmuş publisistik məqalələr müsabiqəsini elan edir.
Müsabiqəyə ölkəmizin turizm potensialına həsr olunmuş və yalnız müsabiqə dövründə müxtəlif dövrü mətbuat orqanlarında nəşr olunmuş və ya internet resurslarda yerləşdirilmiş məqalələr iştirak edə bilər.
Təqdim ediləcək məqalələr müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcəkdir.
Müsabiqənin şəffaflığını təmin etmək üçün məqalələr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytında öz əksini tapacaqdır.
Müsabiqə qaliblərini aşağıdakı mükafatlar gözləyir:
1-ci yer – 2000 (iki min) manat
2-ci yer – 1000 (bir min) manat
3-cü yer (2 nəfər üçün) 500 (beş yüz) manat
5 nəfər üçün həvəsləndirici diplomlar və 200 (iki yüz) manat
Materialların son təqdimetmə tarixi: 20 noyabr 2014-cü il
Materiallar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır. Müsabiqə ilə əlaqədar əlavə məlumatlar 493-42-94 telefon nömrəsi və ya [email protected] elektron ünvan vasitəsilə əldə oluna bilər.