Millimiz Avropa çempionatının qalibi olub

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən veteran cüdoçular arasında Avropa çempionatının komanda yarışları millimiz üçün uğurlu olub.

30-40 yaş kateqoriyası üzrə komanda yarışında mübarizə aparan millimiz bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, fərdi yarışlarda veteran cüdoçularımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar.