RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.11.07 22:54

Millimiz dünya çempionatına getmək üçün Rusiya ilə bir qrupa düşdü

31

2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin Elit raundunun və pley-offunun püşkü atılıb.

Oxu.Az xəbər verir ki, 12 sentyabr – 4 oktyabr tarixlərində Litvada keçiriləcək mundiala altı vəsiqə üçün mübarizə aparacaq 16 komanda 4 qrupa bölünüb.

Azərbaycan millisi C qrupunda yer alıb. Yığmamız Rusiya, Slovakiya və Xorvatiya ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyada keçiriləcək.

Elit-raundun oyunları yanvarın 27-dən fevralın 5-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq dörd komanda pley-offda üz-üzə gələcək.

Pley-offun püşkatma mərasimi də baş tutub. Azərbaycan yığması ikinci olsa, D qrupunun ikincisi ilə görüşəcək.

Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı