Millimiz ilk xalını qazandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, AVRO-2019-un seçmə mərhələsində uğursuz çıxış edən yığmamız Kosovo ilə qarşılaşıb.

Bunadək keçirdiyi bütün qarşılaşmalarda uduzan komandamız “Dalğa Arena”dakı görüşə ilk xalını qazanıb.

Hər iki komandanın cəhdlərinə baxmayaraq, görüşdə hesab açılmayıb.

Əvəzində yığmamız qarşılaşmanı 9 nəfərlə tamamlamalı olub. Belə ki, matçın 87-ci dəqiqəsində Anton Krivotsyuk, 90+5-ci dəqiqədə isə İlkin Sadıqov ikinci sarı vərəqə ilə cəzalanrılıblar.

21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsi
V qrup
14 noyabr

Azərbaycan – Kosovo – 0:0
Qırmızı vərəqələr: Anton Krivotsyuk, 87 (ikinci sarı), İlkin Sadıqov, 90+5

Baş hakim: Roomer Tarajev
Baş hakimin köməkçiləri: Hannes Reinvald, Neeme Neemlaid
Dördüncü hakim: Eiko Saar (hamısı Estoniya)
Bakı. “Dalğa Arena” stadionu
Azərbaycan: 12. Mustafa Kamal Ozhitay, 2. Sertan Taskin, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 5. Serkan Baloğlu, 6. Qismət Alıyev, 7. Ehtiram Şahverdiyev, 8. Budaq Nəsirov, 10. Elnur Cəfərov, 16. İlyas Səfərzadə, 18. İlkin Muradov
Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 13 Murad Qayalı, 14. Yusif Nəbiyev, 17. Əlibəy Məmmədli, 19. İlkin Sadıqov, 20. Eltun Turabov, 21. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Ələkbərov

Kosovo: 1. Visar Bekay, 4. Besfort Kolgeçi, 5. Ardian İsmayili (k), 6. Dren Feka, 8. Florent Hasani, 10. Ron Broya, 11. Enis Bitiqi, 15. Muharrem Yaşari, 19. Mirlind Daku, 20. Kamer Krasniqi, 22. Florian Loş
Ehtiyat oyunçular: 12. Belim Halimi, 7. Meriton Korenitsa, 8. Lirim Kastrati, 13. Drilon Teyeçi, 14. İdris Voka, 16. Kuştrim Şabani, 17. İlber Maloku
Baş məşqçi: Rafet Prekazi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here