Minimum əməkhaqqlarının artırılması kitabxanaçılar tərəfindən müsbət qarşılanıb

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) ötən ilin yayından başlayaraq, bir çox sosial yönümlü layihələr həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti 2019-cu il 15 yanvar tarixində “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ilə əlaqədar, Yasamal rayonunun kitabxanaçıları səfərbər olaraq Fərmandan irəli gələn vəzifələri həyata keçirirlər: kitabxana-informasiya xidmətinin yaxşılaşdırılması, uzaq məsafədən informasiya xidmətinin göstərilməsi, dövlət siyasətinin informasiya dəstəyinin həyata keçirilməsi və s.
Ölkə başçısının minimum aylıq əməkhaqqının artırılması barədə 8 fevral 2019-cu il tarixli Sərəncamı isə kitabxanaçılarda böyük inam və ruh yüksəkliyi yaratmışdır.

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova hər iki sənədlə bağlı geniş müsahibə vermişdir http://yasamal.cls.az/front/files/libraries/81/documents/883137093.pdf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here