Minsk qrupunun amerikalı həmsədri bu gün Bakıya gələcək

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer bu gün Azərbaycana gələcək.

Bu barədə diplomatik mənbələrdən məlumat verilib.

Minsk qrupunun Rusiya və Fransadan olan həmsədrləri – İqor Popov və Stefan Viskonti isə fevralın 6-da Bakıda olacaqlar. Diplomatlar fevralın 7-də Azərbaycan rəsmiləri ilə görüşəcəklər.

Qeyd edək ki, Minsk qrupunun həmsədrləri fevralın 8-9-da Ermənistana səfər edəcəklər. Diplomatlar eyni zamanda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə də baş çəkəcəklər.

“Report”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here